Azərbaycanda Elm və Təhsil Nazirliyi yaradılıb

# 19:16
28 iyul 2022

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. APA TV xəbər verir ki, Fərmana əsasən, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılıb. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib. Nazirliyin yanında aşağıdakı Agentliklər yaradılıb: Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi; Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi. Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi isə əmlakları ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR