Azərbaycanda FACİƏ: Ana özünü pəncərədən düşən uşağın arxasınca atdı

# 12:19
27 iyul 2022

Abşeronda ana və uşaq bədbəxt hadisə nəticəsində vəfat edib.

 

APA xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kristal Abşeron” 1 yaşayış massivində baş verib. 

 

Belə ki, binanın beşinci mərtəbəsində uşaq pəncərədən düşüb. Ana onu tutmaq üçün özünü atsa da, hər ikisi dünyasını dəyişib.

 

Ailə bir neçə gün əvvəl həmin evə kirayə köçübmüş.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, faktla bağlı araşdırma aparılır.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR