Azərbaycanda İLK - Məzarlara baxım xidməti yaradıldı

# 12:25
6 may 2022

Azərbaycanda məzarlara baxım xidməti fəaliyyətə başlayıb. 


APA TV Modern.az-a istinadən xəbər verir ki, ölkədə ilk olan bu xidmət özəl sektora aiddir. 

 

Məzarlara baxım, qulluq kimi xidmətlər təklif edən müəssisənin qəbiristanlıqlara bu şəkildə müdaxiləsinin qanuni olub-olmadığı müzakirələrə səbəb olub. 


Məsələ ilə bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəbiristanlıqlara nəzarət bələdiyyələrin səlahiyyətindədir.


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə isə qeyd edib ki, qanunla qəbiristanlıqlara nəzarəti bələdiyyələr həyata keçirir. Deputatın sözlərinə görə, burada hər hansı fəaliyyət yalnız bələdiyyələrə aiddir: 

 

"Qanun çərçivəsində şirkət öz fəaliyyətini göstərə bilər, qadağan olunmayan məsələləri təmin edə bilər. Xaricdə yaşayan və ya uzaqda olan şəxslər sevdiklərinin qəbirlərinə baxım üçün özəl şirkətə müraciət edə bilərlər. 
Bu xidməti təklif edən müəssisə müvafiq olaraq, vergi və ödənişlərini etməli, həmçinin qəbiristanlıqlara nəzarət edən qurumdan icazə alaraq fəaliyyətini qurmalıdır. Bununla da problem yaradacaq məsələ olmaz", - deyə deputat qeyd edib.

 

APA TV mövzunu davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR