Azərbaycanda modul tipli xəstəxanalar bağlandı

# 13:41
30 mart 2022

Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar açılan modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb.

 

TƏBİB-dən APA TV-yə verilən xəbərə görə, buna səbəb koronavirusa yoluxma sayında azalmanın olmasıdır.

 

TƏBİB-dən, həmçinin bildirildi ki, bölgələrdə və Bakıda COVID-19-la mübarizəyə cəlb edilmiş bəzi xəstəxanalarda ənənəvi xidmət də bərpa edilib.

 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasına görə, ötən gün Azərbaycanda 48 nəfər koronavirusa yoluxub. Bu xəstəlikdən vəfat edənlərin sayı isə 3 nəfər olub. 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR