Azərbaycanda ötən il satınalmalar üzrə dövlət vəsaitinə 8% qənaət olunub
Azərbaycanda 2020-ci ildə müsabiqə əsasında keçirilən satınalmalar zamanı ehtimal olunan qiymətlə müqayisədə 8,03% dövlət vəsaitinə qənaət olunub.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən APA TV-yə verilən məlumata görə, bunu "Satınalma rrosedurları: rəqabətlilik və səmərəliliyin təmin edilməsi" mövzusunda onlayn görüşdə çıxış edərkən Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, bu, 2019-cu illə müqayisədə 12,8% çoxdur.
Bildirilib ki, həyata keçirilən 230 tenderdə və 1061 kotirovka sorğusunda aşkar olunan qanun pozuntuları səbəbindən nəticələri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ləğv edilib.
DİGƏR XƏBƏRLƏR

Əhmədlidə 8 qumbara tapıldı

Türkiyədən İrandakı səfirliyimizə hücuma ilk reaksiya

Bərdə sakinin üzərindən “Naqan” çıxdı
