Azərbaycanın hərbi gəmiləri Rusiyaya NİYƏ GETDİ?
Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin "G-121" və “G-129” gözətçi gəmiləri Rusiyada səfərdədir.
APA TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Xəbərə görə, hərbi dənizçilərimizin Rusiya Federasiyasının Xəzər Dəniz Flotilyasının Kaspiysk Limanında təntənəli qarşılanma mərasimi keçirilib.
Qeyd olunub ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmi və şəxsi heyəti bir sıra tədbirlərdə iştirak edəcək.