Azərbaycanın İrandakı səfirliyinə hücumun arxasında nə dayanır? - Operativ şərh
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Bəs bu hücum niyə baş verib və kökündə hansı məqsədlər dayana bilər?
Məsələ ilə bağlı APA TV-yə danışan təbrizli politoloqlar hesab edirlər ki, Tehrandakı səfirliyimizə hücuma görə tam məsuliyyəti İran daşıyır.
Siyasi şərhçilər zamanla İranda ABŞ-ın, Böyük Britaniyanın, Səudiyyə Ərəbistanının səfirliklərinə hücumların olduğunu bildiriblər. Bu hücumlar həmin ölkələrlə İranın münasibətlərini tamamilə korlayıb.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi hadisədən sonra məlumat yayaraq digər ölkələrdəki diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü açıqlayıb.
DİGƏR XƏBƏRLƏR

Qubalıların ziyarət yeri olan bu məkanda 400-dən çox insan cəsədinin qalıqları var

Qubalıların ziyarət yeri olan bu məkanda 400-dən çox insan cəsədinin qalıqları var

“Nərmin işi”ndə ziddiyyətlər: Hadisə yerindən tapılmayan materiallar ekspertizaya necə gəlib çıxıb?
