Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiq edib.
Qanuna əsasən, Azərbaycanın İsrail Dövlətində, Təl-Əviv şəhərində Səfirliyi təsis ediləcək.
Dövlət başçısı Azərbaycanın İsraildə Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam da imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın İsraildə Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq edəcək.
DİGƏR XƏBƏRLƏR

Psixoloq insandan bütün sirlərini oğurlaya bilər? - PSİXOLOJİ NİZAM

FHN-in çevik xilasetmə qüvvələri Türkiyəyə çatıb

Türkiyədə uçqunlar altında qalan azərbaycanlı varmı?
