Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verildi - SƏBƏB

# 19:02
9 mart 2022

Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verilib.

 

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, Tələt Əliyev Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir.

 

Tələt Əliyevin barəsində məhkəmə qərarı ilə həbsli axtarış verilib.

 

Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri axtarış-əməliyyat tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, Tələ Əliyev Azərbaycanın tanınmış diplomatıdır. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri postunu tutub.

 

Yerli mətbuatın yazdığına görə, Tələt Əliyev səfir olduğu dövrlərdə külli miqdarda dövlət vəsaitini mənimsəyib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR