Azərbaycanlı deputatın bacısı oğlu Rusiyada axtarışdadır

# 18:44
30 mart 2023

Rusiyanın Sank-Peterburq şəhərində Lelinqrad vilayət dumasının deputatı Sayad Əliyevin bacısı oğlu federal axtarışa verilib.

 

Lent.az-ın məlumatına görə, o, yol hərəkəti qaydasını kobud şəkildə pozduğuna görə onu saxlayan polisə müqavimət göstərməkdə ittiham olunur.

 

Məlumata görə, "Hyundai" markalı maşını idarə edən Azərbaycan vətəndaşını polis saxlasa da, o, əmrə tabe olmayıb. Müqavimət göstərərək aradan çıxa bilib.

 

Hazırda onun tapılması üçün əməliyyat-axtarış tədbirləri keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR