Azyaşlı dəmir barmaqlıqlar arasında qaldı

# 10:45
22 iyul 2022

Fövqəladə Hallar Nazliyininin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər azyaşlının başının dəmir barmaqlıqlar arasında qalması barədə məlumat daxil olub.

 

Nazirlikdən APA TV-yə verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2015-ci il təvəllüdlü uşağın başı beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsinin dəmir barmaqlıqları arasında sıxılı halda qalaraq təhlükəli vəziyyətə düşüb.

 

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağı xilas edərək ailəsinə təhvil veriblər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR