Azyaşlıya araq içirib videosunu paylaşan CƏZALANDI
Azyaşlı qohumuna spirtli içki içirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, azyaşlıya spirtli içki verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. Həmin şəxs müəyyən olunaraq Yevlax rayon Polis Şöbəsinə dəvət olunub.
Onun barəsində Uşaqların təlim-tərbiyəsi vəzifələrini valideynlər və onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.
DİGƏR XƏBƏRLƏR

Dördüncü sinif şagirdi necə itkin düşüb? - Məktəb direktoru APA TV-yə danışdı

Zəlzələ bölgəsində olanlar necə Azərbaycana qayıda bilərlər? - Səfirdən APA TV-yə eksklüziv açıqlama

Lənkəran və Masallıda Türkiyəyə yardım üçün izdiham yaşanır
