Bacısını öldürüb xəlvətcə dəfn edən qardaşın cinayəti necə ifşa edildi? - TƏFƏRRÜAT

# 12:24
16 mart 2022

Şirvanda 70 yaşlı qadın qardaşı tərəfindən boğularaq qətlə yetirilib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, əvvəllər dəfələrlə məhkum olunmuş Şirvan şəhər sakini, 56 yaşlı Alim Rəsulov ailə münaqişəsi zəminində bacısı – 70 yaşlı Bəhruzə Rəsulovanı əli ilə boğaraq öldürüb. Bacısının qətlini gizlədən qardaş onu öz əcəli ilə ölən kimi el adəti ilə şəhər qəbiristanlığında dəfn edib.

 

Bu gün isə hüquq-mühafizə orqanlarına qadının qətlə yetirildiyi məlum olub. Axşam saatlarında meyit hüquq-mühafizə orqanları tərəfindən müayinə olunmaq üçün qəbirdən çıxarılaraq Şirvan morquna yerləşdirilib.

 

Qətli törətməkdə təqsirləndirilən Alim Rəsulov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR