Bakı məktəbində RƏZALƏT:şagirdi döydülər, yerə yıxıb...

# 11:06
4 oktyabr 2022

Bakıda məktəblərin birində şagird döyülüb.

 

APA TV xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə paytaxtın Sabunçu rayonunda yerləşən 112 saylı tam orta məktəbdə baş verib. Belə ki, yuxarı sinif şagirdlərindən bir oğlan öz sinif yoldaşını döyərək, ona xəsarət yetirir.

 

Görüntülər sosial şəbəkələrdə hiddətə səbəb olub və izləyicilər həmin şagirdin cəzalanmasını tələb ediblər.

 

Sözügedən məktəbdən verilən məlumata görə, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüs zamanı baş verib. Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a görüntülərdən məlumatlı olduqları bildirilib. Qeyd olunub ki, hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.

 

Bakı Şəhər Təhsil İdarəsi də görüntülərlə bağlı açıqlama yayıb. Qurumdan APA TV-yə verilən məlumata görə, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR