Bakı-Naxçıvan təyyarəsi geri qayıtdı - DUMANA GÖRƏ
Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarənin kapitanı aeroporta qayıtmağa qərar verib.
AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, təyyarə saat 08:50-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.