Bakı-Quba yolunda daha bir ağır qəza
Bakı-Quba yolunda yük maşını aşıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1963-cü il təvəllüdlü Rəfail Məmmədovun idarə etdiyi yük maşını aşıb. Qəza nəticəsində sürücü və maşında olan sərnişin xəsarət alıb. Qəza səbəbindən Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Maşınlar Şabran rayonunun içərisindən keçərək yollarına davam edirlər.
Faktla bağlı araşdırma aparılır.