Bakı-Quba yolunda DƏHŞƏTLİ QƏZA: ölənlər var

# 13:36
15 iyun 2022

Bakı-Quba yolunda iki maşın toqquşub.

 

APA TV xəbər verir ki, hadisə magistralın 78-ci kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb.

 

“Nissan” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib. Onlar 34 yaşlı Xalidə Xəlilzadə və 19 yaşlı Gülbəniz Qaçıyevadır.

 

Qəza zamanı 4 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR