Bakı-Quba yolunda iki maşın toqquşdu

# 14:29
1 avqust 2022

Bu gün Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Siyəzən rayonu ərazisində qeydə alınıb. İlkin məlumata görə, "Hyundai" markalı nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza nəticəsində iki qadın dünyasını dəyişib, 3 nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR