Bakı – Sumqayıt yolunda diqqət çəkən yeni piyada keçidləri
Bakı – Sumqayıt yolunda 3D formatlı piyada keçidləri çəkilib.
APA TV-nin məlumatına görə, bu keçid magistralın Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində çəkilib. Bu yol piyadalar, eləcə də sürücülər üçün ən həssas və təhlükəli ərazi sayılır. Burada əsasən gecə saatlarında tez-tez piyada vurulması kimi hallar qeydə alınır. Məhz bu səbəbdən həmin yerə 3D formatında zolaq çəkilib.
Qeyd edək ki, magistral yolda 3D formatında zolağı Baş Dövlət Yol Polisi İdarəsi çəkib.
Bu kimi zolaqların gələcəkdə digər ərazilərdə də çəkilməsi nəzərdə tutulub.
Ramil Zeynallı, Əli Əliyev
APA TV
DİGƏR XƏBƏRLƏR

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya gəlib

Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib

Kəlbəcərdə əsgərlərimizin qürur verən GÖRÜNTÜLƏRİ – APA TV
