Bakıda 30 qeyri-adi avtomobili olan şəxs: Maşınlara qiymət qoymaq olmur
Retro avtomobillər xüsusən kolleksiyaçıların arzusudur. Nadir olan bu avtomobillər bahalı olduqları qədər də qeyri-adi görünürlər. Ölkəmizdə bu qəbildən olan avtomobillərin həvəskarları kifayət qədərdir. Onlardan biri də Azad Kərimovdur. Deyir ki, retro avtomobillərə maraq onda uşaqlıqdan yaranıb. Kolleksiyasında yer alan ilk maşını isə qızına hədiyyə edib: “Bu kolleksiyada birinci maşın idi. Qızımın 18 yaşı olanda hədiyyə eləmişdim. Ondan sonra başladım maşınları bərpa eləyib, onlara ikinci həyat verməyə. Amma bu avtomobillərin arasında elələri var ki, heç əl vurulmayıb, ilk gündən necə varsa elədir. Həmin maşınlardan biri Mercedes digəri yaşıl 06-dır. Bu avtomobil kolleksiyamda hələlik ən qədimidir.1931-ci ildə istehsal olunan Ford markalı avtomobildir. Baxın belə xoda düşür. Öz siqnalını da bərpa eləmişəm. Burda olan avtomobillər hamısı benzinlə işləyir”. Kolleksiyada yer alan avtomobilləri reklam,ad gün ,hətta toy çəklişləri üçün də istəyənlər az olmur. Azad Kərimov deyir ki, o təkcə retro avtomobilləri yox, həm də antik əşyaları toplayır: “Bu şəkildə gördüyünüz opel markalı 1937-ci ilin avtomobilidir. Mənə bağışlamışdılar bu vəziyyətdə idi. Mən bu avtomobili bərpa eləməsəydim 2-3 ilə tam yarasız vəziyyətə düşəcəkdir. Bu maşın Rixard Zorge adına filmdə də çəkilib. Maşınlardan toya, kliplərə, ad günlərinə də istəyirlər”. İçində hər bir şəraiti olan bu karavana baxdıqca adam lap səyahət etmək istəyir. 40 ilə yaxındır bu işlə məşğul olduğunu deyən müsahibimizin kolleksiyasında nə az, nə çox - düz 30 retro avtomobil var.Kolleksiyada isə əsasən Rusiya, Almaniya və ABŞ istehsalı olan avtomobillərdir.