Bakıda ambulans qəzaya uğrayıb, həkim xəsarət alıb

# 07:31
18 avqust 2022

Bakının Nəsim rayonunda ağır yol qəzası qeydə alınıb. APA xəbər verir ki, hadisə Süleyman Rəhimovla Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, dövlət qeydiyyat nişanı olmadan “khazar” markalı avtomobili idarə edən sürücü işıqforun qırmız işığında hərəkət edib. Bu zaman kəsişən yolla hərəkət edən ambulansla toqquşma baş verib. Nəticədə təcili tibbi yardım avtomobilində olan həkim xəsarət alaraq xəstəxanaya çatdırılıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aprır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR