Bakıda binanın ikinci mərtəbəsi uçub birinci mərtəbəyə töküldü
“Sabunçu rayonunda əhalinin yaşadığı bina uçmaq üzrədir. Balaxanı qəsəbəsində vaxtilə uşaq bağçası kimi fəaliyyət göstərmiş bina hər an dağılmaq təhlükəsi ilə üz-üzədir. Hazırda binada 17 ailə yaşayır. Binanın 116 yaşı var”.
20 ilə yaxındır ki, yataq xəstəsi olan Səmərqənd Məmmədova deyir ki, hər yağış yağanda çarpayısı suya qərq olur.
“Bu da binanın 1-ci mərtəbəsi. Nəmişlikdən bərbad hala düşüb. Bundan başqa gecə saatlarında binanın ikinci mərtəbəsi uçaraq birinci mərtəbəyə düşüb. Xoşbəxtlikdən xəsarət alan olmasa da, ailə hər saniyəsini qorxu içində yaşayır”.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, rayonun Balaxanı qəsəbəsi, 2-ci mədən küçəsi, ev 6 ünvanında yerləşən 1898-ci ildə inşa olunmuş, 2 mərtəbəli, 15 mənzilli bina vaxtı ilə Dövlət Neft Şirkətinin balansında uşaq bağçası kimi fəaliyyət göstərib. Sonralar binadan məhdud kommunal şəraitli mənzillər formasında şirkət tərəfindən məskunlaşdırılan sakinlər istifadə ediblər. Bina 2015-ci ildən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilib. Binada 2 məcburi köçkün ailəsi məskunlaşıb. Sakinlərin mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən heç bir sənədləri yoxdur.
Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, sözügedən binanın texniki göstəriciləri barədə lazımi məlumatlar aidiyyəti üzrə göndərilib.
İcra qurumlarından verilən cavablardan belə anlaşıldı ki, hələlik bina sakinləri öz başlarının çarəsinə baxmalıdırlar. Çünki uçmaq üzrə olan bina ilə bağlı yekun qərar verilməyib.
DİGƏR XƏBƏRLƏR

Bayden Azərbaycan Prezidentini təbrik edib

Qurban Qurbanovdan maraqlı təklif: Türk dövlətlərinin liqaları birləşə bilər?

“Tvitter”ə qarşı təxribat baş verdi, İlon Mask başını itirdi
