Bakıda dağılmış yolu xalı ilə “asfaltladılar"
Bura hansısa ucqar kənd deyil, Bakının Xətai rayonu Mirzə Davud küçəsidir. Burada yollar olduqca acınacaqlı vəziyyətdədir. Bu yolkun bur hissısi əsas magistrala çıxır, digər hissəsi iusə məhələdaxili yola çıxır. Sosila şəbəkələrdə yayılan videogörüntü bizi bura gtirib çıxarıb. Bakıda görülməyən bit olay da odur ki, icra nümayəndəliyi dağılmış yolu xalı ilə yamayıb.Tragikomik vəziyyətdir.
Sakinlərin dediyinə görə, hər gün yüzlərlə insanın, xüsusilə məktəblilərin hərəkət etdiyi, kanalizasiya sularının axdığı, çala-çuxur yolu yerli bələdiyyə və icra nümayəndəliyi gah karton kağızlarla, taxta parçaları ilə, gah da torpaqla yamamağa çalışır. Amma görünən odur ki, yağış yerə dəyər-dəyməz bu eyblər daha da qabarır.
Yolların vəziyyətindən ən çox əziyyət çəkən isə məktəblilərdir.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin mövqeyini öyrəndik. Bildirildi ki, sözügedən yol çox qısa zamanda təmir edilərək, sakinlərin istifadəsinə veriləcək.
Sakinlər isə deyirlər ki, 15 ildir bu yolun düzəlməsini gözləyirlər. Marta qədər də birtəhər dözərlər.