Bakıda evdən külli miqdarda oğurluq edildi: Görün kim törədibmiş

# 14:29
26 sentyabr 2022

Abşeron rayonu Fatmayı qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.

 

DİN-dən APA TV-yə verilən məlumata görə, zərərçəkən ərizə ilə polisə müraciət edərək evdən ümumi dəyəri 35 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

 

Abşeron Rayon Polis İdarəsinin Mehdibad Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin evin mühafizəçisi Cavidan Əlyarlı saxlanılaraq məsuliyyətə cəlb edilib.

 

Araşdırmalar zamanı saxlanılan şəxs törətdiyi hadisəni etiraf edərək oğurladığı qızılları satdığını bildirib.

 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR