Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
Belə ki, Elman Ağayev idarəetməsində olan “Toyota Prius” markalı avtomobillə işıqforla tənzimlənən yol ayrıcından keçərkən eyni markalı maşınla toqquşub. Qəza nəticəsində hər iki avtomobilə zərər dəyib. Avtomobillərin birində olan sərnişin isə yüngül xəsarət alıb. Faktla bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
DİGƏR XƏBƏRLƏR

Yemək yox, su yox, mağazalar bağlı - FHN Kahramanmaraşın yardımına qaçdı

Xilasedicilərimiz 3 nəfəri dağıntılar altından sağ çıxardılar

Ata-anası uçqunlar altında qalan Türkiyə vətəndaşı FHN xilasedicilərinə: Sizi gözləyirdik
