Bakıda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb

# 16:06
17 aprel 2021

Bakının Nizami rayonunda kanalizasiya quyularının qapaqlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Lətifxan Musayev tutulub. Araşdırma zamanı onun Keşlə qəsəbəsi ərazisində 5 kanalizasiya quyusunun qapağını oğurladığı müəyyən edilib. Saxlanılan zaman L.Musayevin üzərindən 1 bükün psixotrop maddə olan metamfetamin də aşkar edilib.

 

Qeyd edilən faktlarla cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR