Bakıda küçədə mahnı oxumaq istəsək, başımıza nələr gələr?

# 10:00
6 dekabr 2022

Küçə sənətinin şəhərin mədəniyyət, turizm və iqtisadiyyatının inkişafında rolu böyükdür. Çünki şəhərimizdə turistlərin diqqətini cəlb edən əsas detallardan biri də, məhz küçə sənətidir. Küçə çıxışlarının oxuma, rəqs, mim, hoqqabazlıq, kukla sənəti, komediya, sehirbazlıq, canlı heykəl və s. kimi formaları var. Ancaq Azərbaycanın böyük şəhərlərində küçə sənəti heç də arzulanan səviyyədə deyil. Bəs buna nə mane olur?

 

Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm İnformasiya Mərkəzinin  direktor müavini Əli Əmirovun sözlərinə görə, hələ 2019-cu ildə Bakıda “Küçə sənətçisi” layihəsi gerçəkləşdirilib.

 

Küçə sənətçilərinin fonoqrammadan istifadə etməsi yolverilməzdir. Musiqi ifası yalnız canlı şəkildə, müvafiq alətlə sərgilənir. Oxuyan şəxs alətdən istifadə edə bilmirsə, hazır musiqidən yaralanmaqla mahnını canlı ifa edə bilər. Mərkəz tərəfindən müəyyən olunmuş yerlərin və ya günlərin özbaşına dəyişdirilməsi qəti qadağandır.

 

İcazə vəsiqəsinin müddəti 3 aylıqdır. 3 ayın tamamında yenidən müraciətlərə baxılır. Mənsubiyyəti bildirən icazə vəsiqəsi mütləq şəkildə hər bir sənətçinin üzərində olmalıdır.

Havanın soyuq olmasına baxmayaraq, küçə sənətçiləri şəhərdə isti ab-hava yaradırlar.

 

Küçə sənətçiləri çıxışları zamanı səs səviyyəsinin normada saxlanılmasını təmin etmək məsuliyyəti də daşıyırlar. Səs həcmi 15 metrə qədər məsafədən tamaşa edən auditoriya üçün uyğun olmalıdır və yoldan keçənin səsinin eşidiləcəyi fon səviyyəsindən yuxarı olmamalıdır. Bundan başqa, küçə sənətçisi matəm günlərində ictimai yerlərdə çıxış edə bilməz.

 

Həmçinin çıxış üçün vaxt intervalı saat 12-00-dan 20-00-dək olmalıdır. Küçə sənətçiləri xarici görünüşlərinə xüsusi diqqət yetirməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR