Bakıda möhtəşəm həyət: Bura gələn getmək istəmir

# 15:18
29 dekabr 2022

Səbail Rayon İcra Hakimiyyəti və “Bakı Abadlıq Xidməti” MMC-nin birgə təşkilatçılığı ilə Səbail rayonu, Bayıl yaşayış massivində növbəti abad həyət sakinlərin istifadəsinə verilib.

Rayon ərazisində bir sıra həyətlərdə abadlaşdırma işləri aparılıb, yeni parklar və yaşıllıq zolaqları yaradılıb, gənclərin sağlam həyat tərzi, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə əyləncə qurğuları yerləşdirilib.

 

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işlərini böyük razılıq hissi ilə qarşılayan sakinlər bunun üçün prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Yenilənmiş həyət Əli Nəzmi küçəsində 200-dən çox sakinin yaşadığı 7 çoxmənzilli yaşayış binasını əhatə edir.  

 

1500 kv.metr sahədə yeni tamet örtüyü döşənib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 30 ədəd ağac və müxtəlif növ gül kolları əkilib və 400 kv.metr sahədə yaşıllıq zolağı salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR