Bakıda mühüm konfrans: Qarabağla bağlı 3 kitab hazırlandı - APA TV
İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı keçirilib.
Tədbirdə çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov konfransa Azərbaycan da daxil olmaqla ümumilikdə dünyanın 27 ölkəsindən məqalələr göndərildiyini bildirib.
Daha sonra təhsil nazirinin müavini Firudin Qurbanov və “Paşa Holdinq” Şirkətlər Qrupunun baş iqtisadçısı Elman Eminov çıxış ediblər.
Bildirilib ki, ümumilikdə 613 tədqiqat işi ən son məqalə qəbulu və dəyərləndirmə sistemi vasitəsilə konfransa göndərilib.
İyunun 26-dək davam edəcək konfransda 50-dən çox tanınmış mütəxəssisin iştirakı ilə aktual mövzularda vorkşoplar, eləcə də yerli və beynəlxalq nüfuzlu qurumların iştirakı ilə “Green Day” təşkil olunacaq. Qeyd edək ki, konfrans çərçivəsində “Qarabağ və Şərqi Zəngəzurda investisiyalar”, “Qarabağda biznes mühiti və KOB-ların inkişafı”, eləcə də, “Qarabağın iqtisadi potensialının sektoral qiymətləndirilməsi” adlı 3 kitab da təqdim olunacaq.
Nərmin Murad,
Kamran Namazov,
APA TV