Bakıda YPX avtomobili qəzaya düşdü - POLİS XƏSARƏT ALDI
Bakıda Yol Patrul Xidməti avtomobili qəzaya düşüb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, hadisə Ziya Bünyadov prospektindəki tuneldə baş verib.
“Qəzadan öncə tunelin içərisini yuyublar. Yer sürüşkən olub. YPX avtomobili tuneli yumaq üçün su daşıyan maşınla toqquşub. Nəticədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir”, - deyə o qeyd edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR

Laçını yandıran ermənilərə niyə söz deyən yoxdur? – DÜNYA YENƏ SUSUR

Şabranda yanğınlar zamanı 5 nəfər xəsarət alıb

Ermənistan sülhə belə hazırlaşır?! - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
