Balakəndə minik maşını atı vurdu
Balakəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Talalar kəndi ərazisində baş verib.
Rayon sakini Azər Hacıyevin idarə etdiyi “VAZ-2104” markalı minik avtomobili ilə hərəkətdə olarkən atı vurub. Qəza zamanı sürücü Azər Hacıyev və sərnişinləri-2005-ci il təvəllüdlü rayonun Hənifə kənd sakini Əmrah Həsənov, 2005-ci il təvəllüdlü Qazma kənd sakini Fərid Zohorov, 1996-cı il təvəllüdlü Talalar kənd sakini Amid Bayramov, 2004-cü il təvəllüdlü Qazma kənd sakini-Ərəstun Müftəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV