Bayden İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı sənədləri Konqresə göndərib

# 00:32
3 iyul 2022

ABŞ prezidenti Co Bayden İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı sənədləri Konqresə göndərib.

APA xəbər verir ki, bu barədə Ağ evdən bildirilib.

"Mən Finlandiyanın NATO-ya daxil olması ilə bağlı hesabat təqdim edirəm. Oxşar məktub İsveçin Alyansa daxil olması ilə bağlıdır”,- deyə Bayden Konqresin komitə sədrlərinə göndərdiyi əhatə məktubunda bildirib.

Yeni ölkələrin Şimali Atlantika Alyansına qoşulması üçün xüsusilə ABŞ Konqresinin yuxarı palatasının razılığını almaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR