Bayram günlərində “Azəriqaz”a nə qədər müraciət daxil olub?
“Bayram günlərində, yəni mart ayının 19-dan indiyədək “Azəriqaz” İstehsalat Birliyinin 104/185 Çağrı mərkəzinə 14 089 məlumat daxil olub”.
APA TV xəbər verir ki, bu sözləri “Azəriqaz” İB-nin 104 Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.
Aksiya Birliyin rəsmi “Facebook” səhifəsində canlı yayımlandığından vətəndaşların sosial şəbəkə üzərindən ünvanladıqları müraciətlər də Birliyin məsul şəxsləri tərəfindən cavablandırılıb.