Bayraq Meydanında yenilik: 4-5 aya çox şey dəyişəcək

# 17:50
10 avqust 2022

Bayraq Meydanının ərazisinə yeni dirəklər gətirilib.

APA TV xəbər verir ki, bu dirəklər Bayraq Meydanı adlanan əraziyə gətirilib. Həmin dirəklərin niyə gətirildiyini öyrənmək məqsədilə Dənizkənarı Bulvar İdarəsinə müraciət etdik. Ancaq qurumdan bu barədə açıqlama vermək istəmədiklərini dedilər.

Başqa mənbələrdən əldə etdiyimiz məlumata görə, bayraq üçün yeni dirək sistemi qurulur. Türkiyə şirkəti tərəfindən hazırlanan dirəyin hündürlüyü 191 metr olacaq.

Dirəyin əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək, fırlanan seqmentdən ibarət olacağı gözlənilir.

Yeni dirək sistemi qurulduqdan sonra Azərbaycan dünyanın ən hündür bayraq dirəyinə sahib olan ölkə titulunu əldə edəcək. Tikinti işlərinin 4-5 aya tamamlanacağı bildirilir.

 

Aysel Əliyeva,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR