Bərdə sakininin evi və evə bitişik tövləsi yandı
Bərdədə ev və evə bitişik tövlədə güclü yanğın baş verib.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Şorəlli kəndində qeydə alınıb.
Hadisə yerinə dərhal FHN-nin Bərdə rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülsə də ev içindəki əşyalarla birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Tövlədə baş verən yanğın zamanı isə xeyli sayda cücə yanaraq tələf olub.
Qeyd edək ki, bir dam altında tikilən evin və tövlənin hansı səbəbdən yandığı hələ ki, məlum deyil. Ancaq ailənin sözlərinə görə, onların evi naməlum şəxs və ya şəxslər tərəfindən yandırılıb. Bir müddət öncə isə Zərərçəkən ailənin həyətində olan xeyli sayda ot bağlaması yandırılıb.
Hadisə nəticəsində ailəyə küllü miqdarda ziyan dəyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Xırdalan qəbiristanlığından tapılan HƏR KƏSİ ŞOKA SALDI

Günün məzənnəsi - 06.07.2022

Azərbaycanda bu heyvanları ilk dəfə görəcəksiniz - GÖRƏNLƏR HEYRAN QALIR
