Bərdədə avtomobil traktora çırpıldı
Bərdədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Yevlax-Bərhrəmtəpə avtomobil yolun Bərdə rayonun Qarayusifli kəndi ərazisindən keçən hissəsində baş verib. "Mercedes" markalı minik avtomobili gecə saatlarında idarə etməni itirərək Traktorun qoşqusuna çırpılıb. Nəticədə avtomobildə sərnişin qismində əyləşən Rəqsanə Kərimova həyatını itirib, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Bayden Azərbaycan Prezidentini təbrik edib

Qurban Qurbanovdan maraqlı təklif: Türk dövlətlərinin liqaları birləşə bilər?

“Tvitter”ə qarşı təxribat baş verdi, İlon Mask başını itirdi
