Bərdədə gənc çağırışçılar hərbi xidmətə yola salındı

# 14:04
7 iyul 2021

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış gənclərin yolasalma mərasimi keçirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, dövlət himni ilə başlayan tədbirdə daha sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olan vətən oğulların ruhları bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə 44 günlük Vətən Müharibəsi zamanı şəhid olan və ölümündən sonra “Qarabağ” ordeni ilə təltif edilmiş gizir Asəf Əsgərovun medalı atasına təqdim edilib. Şəhid atası İlqar Əsgərov da gənc çağırışçıları və onların valideynlərini təbrik edərək, dözümlü və vətənə xidmətdə möhkəm və sadiq olmağa çağırıb.

 

Gənc əsgərlər azad olunan torpaqların keşiyində şərəflə dayanacaqlarına söz veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR