Beş il öncə salınan yolda sürüşmə baş verdi

# 22:00
16 fevral 2022

Şamaxı-Göylər-Padarçöl avtomobil yolunun bir çox hissəsi dağılaraq yararsız vəziyyətə düşüb.

APA TV-nİn yerli bürosunun xəbərinə görə 2017-ci ildə istifadəyə verilən və uzunluğu 54 kilometr olan bu yolda demək olar ki, hər ilin payız-qış aylarında çökmələr baş verir. Bu günlərdə yolun bəzi hissələrində yeni sürüşmə və çökmə halları qeydə alınıb, asfalt örtüyünün çox hissəsində çatlar və iri yarğanlar əmələ gəlib. Bir neçə yerdə isə asfalt örtüyü tamamilə dağılıb. Hər gün bu yollardan istifadə edən sürücülər yolun qısa vaxtda dağılmasına görə narahat olduqlarını bildirirlər.

Yerli sakinlərin və sürücülərin sözlərinə görə, yolun çökməsinə səbəb son günlər yağan intensiv yağışlarla yanaşı, yolda hərəkət edən ağır tonnajlı avtomobillərdir. Sürücülər uzun illər Şamaxı-Göylər-Padarçöl yolunun yenidən qurulmasını həsrətlə gözlədiklərini, yolsuzluq səbəbindən çox əziyyət çəkdiklərini, 5 il öncə rahat yolun istifadəyə verilməsinə baxmayaraq, ağır tonnajlı avtomobillərin intensiv olaraq Şamaxı-Göylər-Padarçöl yolundan hərəkət etməsi səbəbindən onun qısa vaxtda dağılmasına səbəb olduğunu deyirlər.

Rayon sakinləri aidiyyəti qurumlardan bu yolun dağılmaması üçün yük avtomobillərinə nəzarətin artırılmasını, ərazidə təmir-bərpa işlərinin görülməsini istəyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR