Bəstəkar Oqtay Rəcəbov vəfat edib

# 19:38
15 dekabr 2022

Əməkdar incəsənət xadimi professor, bəstəkar Oqtay Rəcəbov vəfat edib.

 

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, tanınmış bəstəkar 81 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, Oqtay Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda anadan olub.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika və İstehsalatın əsasları fakültəsini bitirib. Uzun müddət Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professoru olan bəstəkar 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir.

 

O, pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiya, 70 dərslik, dərs vəsaiti və proqram, eləcə də 100-dən artıq məqalə yazıb.

 

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR