“Bəzi veteranlar QHT yaradıb, statusundan istifadə etmək istəyirlər” - Vüsal Quliyev

# 18:35
23 may 2022

Milli Əlaqələndirmə Şurasının, Ədliyyə və İqtisadiyyat nazirliklərinin birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirə keçirilib.

 

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Mediasiya Şurasının, BMT-nin ölkəmizdəki nümayəndəliyinin təmsilçiləri, hakimlər, vətəndaş cəmiyyəti institutları, sahibkarlar və media mənsubları iştirak ediblər.

 

Açılış mərasimində Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev “Vətən müharibəsi iştirakçılarının bəziləri QHT yaradaraq, onun statusundan istifadə etmək istədiyini bildirib.

 

 

Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva isə bildirib ki, əsas planları dövlət, özəl və vətəndaş cəmiyyətinin əlaqələrini təşviq etməkdir.

 

Daha Sonra tədbir panel müzakirələrlə davam edib. Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitovanın moderatorluğu ilə keçən “Dayanıqlı inkişaf üçün sülhün və inklüziv cəmiyyətlərin təşviqi, hamı üçün ədalət mühakiməsinə çıxış imkanının təmin edilməsi” adlı birinci paneldə DİM-in icrası üçün dövlət-vətəndaş cəmiyyəti tərəfdaşlığının, ayrı-seçkiliyə yol verməyən qanunların və siyasətlərin təşviqi, bütün səviyyələrdə effektiv, məsuliyyətli və şəffaf təşkilatların yaradılması mövzusunda çıxışlar edilib.

 

Nərmin Murad

Xəyal İsgəndərov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR