Bıçaqlanma halları niyə çoxalıb? - Gənclər niyə bir-birini öldürür?

# 18:34
28 noyabr 2022

Şağan Olimpiya İdman Kompleksində 20 yaşlı Ruslan Səfixanov şəxsi münaqişə zəminində hər kəsin gözü qarşısında 16 yaşlı Turan Rüstəmovu bıçaqlayaraq qətlə yetirdi.

Ümumilikdə isə son vaxtlar xüsusilə paytaxt Bakıda bıçaqlanma hadisələrinin sayı artıb. Kriminal xronikada da görürük ki, hər iki hadisədən biri bıçaqlanma ilə bağlıdır. İntiqam almaq istəyən, borcunu tələb edən... hər kəs cibində bıçaq gəzdirir sanki.

Elmar Nurəliyevin fikrincə, təhlükəsizlik qaydaları ön planda olmalı olduğu halda Azərbaycanda bu mexanizm ən son planda dayanır. Elə bu səbəbdən də bədbəxt hadisələrin sayı durmadan artır.

Psixoloqlar düşünürlər ki, adətən özünə inam duyğusu əskik olan insanlar evlərində, iş yerlərində, maşınlarında mütləq özlərini qorumaq üçün bu cür alətlər daşıyırlar. Bu alətlər sayəsində də əskik olan güvən duyğusu bir növ tamamlanmış olur.

İlk növbədə maarifləndirmə işi genişləndirilməli, gənclərə soyuq silah gəzdirmənin heç də qəhrəmanlıq olmadığı, əksinə insan həyatını təhlükəyə atdığı izah edilməlidir. Digər əsas yol kimi isə təhlükəsizliklə bağlı xüsusi konsepsiyanın hazırlanması göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR