Bina tikintisi ilə məşğul olan şəxslərlə GÖRÜŞ KEÇİRİLDİ

# 19:39
15 dekabr 2022

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində bina tikintisi ilə məşğul olan hüquqi şəxslərin nümayəndələri ilə görüş keçirilib. Görüş nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması mövzusuna həsr olunub.

Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəis müavini Elşən Rəhimli bildirib ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən e-qaimələrin tərtib olunması və alıcıların ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı müraciət etməsi üçün bu il noyabrın 21-dən İnternet Vergi İdarəsində yaradılmış portal (https://new.e-taxes.gov.az/eportal/az/login/) istifadəyə verilib.

Qeyd edək ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər bu portala daxil olaraq alıcı fiziki şəxsə e-qaimə faktura tərtib edir, alıcı isə öz növbəsində aldığı e-qaimə fakturanın məlumatlarının doğruluğunu portal vasitəsilə yoxlayaraq təsdiqləyir. Sonra alıcı şəxsi kabinetində yerləşən keçidə daxil olaraq Hökumət Ödəniş Portalı vasitəsilə, yaxud banka yaxınlaşaraq ödənişi həyata keçirir. Növbəti mərhələdə alıcının elektron kabinetində müvafiq ərizə forması doldurulur və təsdiqedici sənədlər əlavə olunaraq ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün portal vasitəsilə müraciət edilir. Müraciət avtomatik qaydada vergi orqanına daxil olur və müvafiq risk qiymətləndirilməsi aparılır. Nəticələr üzrə ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qərar qəbul edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR