Binada yanğın: FHN hərəkətə keçdi

# 17:57
2 iyul 2022

Bakıda yaşayış binasında yanğın baş verib.

 

APA TV-nin xəbərinə görə, hadisə Xətai rayonu, Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə yanğın barədə məlumat daxil olan kimi, əraziyə yanğından mühafizə bölmələri cəlb olunub.

 

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR