Binəli Yıldırım: “Türkiyə bu gün də, sabah da qardaş Azərbaycanın yanındadır”

# 17:30
6 noyabr 2021

“Azərbaycanı əldə etdiyi qələbə münasibəti ilə bir daha təbrik edirəm. Ötən ilin bu vaxtı Bakıdaydım, amma onda Şuşa alınmamışdı. Cənab İlham Əliyevlə görüşdükdən sonra müjdəsi gəldi” .

Bunu APA TV-yə müsahibəsində, Türkiyə Respublikasının keçmiş Baş naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili Binəli Yıldırım deyib: “Zəfər gerçəkləşmiş oldu. Bütün Azərbaycanın , Türkiyənin gözlədiyi bir sonluq idi. Çox şükürlər olsun ki, bu arzumuz gerçəkləşdi. İndi əsas məqsəd və hədəfimiz zəfərin nəticələrini qorumaq yalnız irəli baxmaqdır”.

İllər sonra Azərbaycan çox böyük bir uğur əldə etdi deyən Türkiyəli millət vəkili qeyd edib ki , sözün əsl mənasında işğal sona çatdı, bundan sonra sülh danışıqlarının davam etməsi önəmlidir: “Bunun üçün Ermənistanın artıq köhnə yuxuluları görmək kimi xasiyyətindən əl çəkməli, bundan sonra yanlış addım atmaqdan çəkinməlidir. Türkiyə keçmişdə olduğu kimi, bu gün də, sabah da qardaş Azərbaycanın yanında olmağa davam edəcəkdir.  Danışıqlar masasında Rusiyanın üzərinə böyük məsuliyyət düşür . Bölgədə Rusiyanın ağırlığının olduğu bilinir. Cənab Putin 44 günlük müharibə zamanı çox rassional mövqe nümayiş etdirdi. Həmçinin 30 ildir qanayan yaranın başa çatması üçün səy göstərdi.  İndi isə Laçın və Zəngəzur koridorlarının reallaşması üçün  Rusiya,  Türkiyə və Azərbaycanın üzərinə bir məsuliyyət düşür”.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili Binəli Yıldırım İranın regiondakı mövqeyinə də diqqət çəkib: “Cənub qonşumuz İranda münasibətlərin yeni müstəvidə formalaşmasında mühüm addımlar atmalıdır.  Regiondan da sülhün daimi bərqərar olması üçün çalışmalıyıq.  Bəziləri İranın və Azərbaycan atasında gərginlik yaşatmağa çalışsalar da, buna rəvac verilməməlidir. Nə Azərbaycan xalqı ilə İran, nə də Türkiyə ilə İran arasında gərginlik yoxdur. İnşallah bundan sonra danışıqlar yolu ilə hər şey öz yerini tapacaq. Bu bölgənin əhəmiyyəti üçün vacibdir. Bu bölgənin əhəmiyyəti təkcə 6 ölkə üçün əhəmiyyətli deyil, bu bölgənin əhəmiyyəti Çindən Avroya, İngiltərəyə qədər olan tarixi “İpək yolu”nun qəlbi vəziyyətindədir. Bura qoyulan hər bir investisiya , burdakı qarşılıqlı işbirliyi dünyanın Şərqindən Qərbinədək bütün millətləri yaxından maraqlandırır”.

B. Yıldırım deyib ki, heç kim Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinə qarşı çıxmamalıdır: “Ermənistanın bu məsələdə üzərinə böyük məsuliyyət düşür. Bu halda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hər hansı problem də qalmayacaq. Qarşılıqlı anlayış zəminində Cənubi Qafqaz regionun potensialından istifadə etməliyik”.

Türkiyənin sabiq Baş naziri qeyd edib ki, Türkiyə Cənubi Qafqazın Orta Asiyaya və Avropaya bağlanması istiqamətində səylər göstərib. Binəli Yıldırım Ermənistanının ötən 1 il ərzində mina xəritələrini Azərbaycan təhvil verməməsindən də narahatlığını ifadə edib:

“Bu həm də bir insanlıq məsələsi. Çünki sonda insan həyatı ilə bağlı bir addım.  Əlbəttə ki verilməsi daha doğru olardı. Amma verilsə də, verilməsə də Azərbaycan öz ərazilərini böyük bir uğurla minalardan təmizləyəcək, Türkiyə də bu məsələdə insansız mina maşınları  Azərbaycana yardım edəcək. Ümidimiz tezliklə Azərbaycan ərazilərinin minalardan sürətlə təmizlənməsi, yolların, hava limanlarının , internet xətlərinin , həmçinin ağıllı kənd və şəhərlərin salınması, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır”.

B. Yıldırım bildirilib ki, Azərbaycan-Ermənistan münaqişəsi bitdikdən sonra regionda altı ölkənin iştirakı ilə “altılıq platforması”nın yaradılması təşəbbüsü irəli sürülüb.

“İnfrastruktur yerindədir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP və TAP-ı əhatə edən Cənub Qaz Dəhlizinin tamamlanması. Bunlar beynəlxalq layihələrdir və Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirir. Bizim əsas missiyamız və məqsədimiz region ölkələrini bir araya gətirmək, xalqların rifahını yüksəltmək və dostluğu gücləndirmək, eyni zamanda düşmənçiliyi aradan qaldırmaqdır. Təbii ki, növbəti mərhələ qlobal sülhə töhfə verməkdir. Türkiyə çox strateji mövqedədir. Ətrafımızda – Suriyada, İraqda, Liviyada münaqişələr var. Əfqanıstandakı vəziyyəti də unutmaq olmaz. Biz adıçəkilən ölkələrdə xaosun, münaqişənin aradan qaldırılması üçün səylər göstərmişik. Cənubi Qafqazda sülh və əmin-amanlığı gücləndirmək üçün töhfələr veririk və bu istiqamətdə səylərimiz davam edir. Avropa İttifaqı keçmişdə etdiyi ağrılı səhvləri təkrarlamaqdan çəkinməli, məsələyə detallı şəkildə yanaşmalıdır”, - deyə o qeyd edib.

 

Sevinc Vaqifqızı

Xəqani Hüseynov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR