Binəqədidə top mərmisi tapıldı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunun 28 May qəsəbəsi ərazisində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub.
APA TV xəbər verir ki, məlumatla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 122 mm-lik top mərmisi olduğu müəyyən edilib.
Sursat mütəxəssislər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
DİGƏR XƏBƏRLƏR

Konsul: "Türkiyəyə ilk dəstək verən ölkə Azərbaycan oldu"

Erməni hərbçilərin cənazələrini ailələri qəbul etmədi

Türkiyəyə yardım etmək istəyənlər bu ünvana üz tutsunlar
