Bir nəfər də zəhərləndi, vəziyyətinin ağır olduğu bildirilir
Zaqatalada daha bir nəfər göbələkdən zəhərlənib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Dağlı kənd sakini 1993-cü il təvəllüdlü İbrahim Fərhad oğlu Mehdiyev bu gecə saat 04 radələrində zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı onun göbələk yedikdən sonra zəhərləndiyi məlum olub. İbrahim Mehdiyevin müalicəsi Zaqatala RMX-da davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, son günlər Qax və Zaqatalada 7 nəfər göbələkdən zəhərlənib. Qax rayonu Tasmalı kəndində iki azyaşlı göbələk zəhərlənməsindən həyatını itirib.
DİGƏR XƏBƏRLƏR

Konsul: "Türkiyəyə ilk dəstək verən ölkə Azərbaycan oldu"

Erməni hərbçilərin cənazələrini ailələri qəbul etmədi

Türkiyəyə yardım etmək istəyənlər bu ünvana üz tutsunlar
