Biz İranı tezliklə azad edəcəyik - Bayden
“Biz İranı tezliklə azad edəcəyik”.
APA TV “Reuters“ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Kaliforniyada çıxışı zamanı deyib.
O qeyd edib ki, İranda hökumət əleyhinə olan nümayişçilər tezliklə azadlıq əldə edəcəklər.
“Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə özlərini azad edəcəklər”, - deyə Bayden vurğulayıb.
O, “İranın azad edilməsi” üçün ABŞ hökumətinin konkret olaraq hansı addımlar atacağını açıqlamayıb. Ağ Ev Prezidentin bəyanatına hələ ki münasibət bildirməyib.
Xatırladaq ki, İranda 22 yaşlı Məhsə Əmininin Əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölməsi səbəbi ilə hökumət əleyhinə başlayan etirazlar artıq 7 həftədir davam edir.
DİGƏR XƏBƏRLƏR

"Zəngəzur dəhlizi ilə Türkiyədən Azərbaycana gedəcəyik"

"Range Rover" "Opel"lə toqquşdu, polis xəsarət aldı

Xarici səyyahlar Füzulidə minatəmizləmə əməliyyatlarını izlədilər
