Bizi cəlb edən musiqi…
Abşeron Rayon İcra Hakimiyyəti, rayon Təhsil şöbəsinin yerləşdiyi binanın arxası, 1 saylı orta məktəbin önündəyik. Diqqətimizi, məktəbin önündə, dərs saatı olmasına baxmayaraq rahatca oturub musiqi ifa edən bir yeniyetmə çəkir. Musiqini dinləyə-dinləyə ona yaxınlaşıb söhbət edirik.
Ömər Əsədov hər gün bura gəldiyini, arada yerimi dəyişdiyini deyir. Əlavə edir ki, ailədə altı uşaqdılar, qardaşı əsgərdir.
Əslində Xırdalandakı çəkilişimiz Ömərlə bağlı deyildi. Gördük, ayaq saxlayıb maraqlandıq. O da, digər küçə uşaqlarından fərqli olaraq suallarımızı təmkinlə, tərbiyə ilə cavablandırdı. Sonra isə musiqi alətini, pul kisəsini götürüb 1 saylı məktəbin önündən uzaqlaşdı. Bu mənzərəni bizim kimi onlarla insan, məsul şəxslər də görür. Adını mən qoya bilmədim...Bəlkə bu biganəliyin, etinasızlığın adını siz qoyasınız!
Sevinc Vaqifqızı,
Faiq Həsənov,
APA TV
DİGƏR XƏBƏRLƏR

Bayden Azərbaycan Prezidentini təbrik edib

Qurban Qurbanovdan maraqlı təklif: Türk dövlətlərinin liqaları birləşə bilər?

“Tvitter”ə qarşı təxribat baş verdi, İlon Mask başını itirdi
