Bölgələrdə dincəlmək istəyənlərə ŞAD XƏBƏR - APA TV
Lənkəranda “Şəhərdən Kəndə” layihəsi çərçivəsində dəstək göstərilmiş təsərrüfatların və elektron aqroturizm platformasının təqdimatı baş tutub.
APA TV-nin cənub bürosu xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində təsərrüfatlara dəstək tədbirləri davam edir. Növbəti dəfə Quba, Astara və Lənkəran rayonlarında yerləşən 3 təsərrüfata dəstək göstərilib. Təsərrüfatlarda yenidənqurma işləri aparılıb, həmçinin fermerlər ehtiyacları üzrə inventarlarla təmin olunublar. Həmin təssərrüfatlardan biri də Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşir.
Ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi məqsədi ilə yaradılan www.tovillage.az elektron aqroturizm platforması da təqdim olunub. Bildirilib ki, aqroturizm yönümlü təsərrüfatlara səyahət etməyi sevən turistlər sayta daxil olaraq arzuladıqları fəaliyyətlərlə zəngin turlara qoşula, fərdi turlar yarada və yaxud saytda yerləşdirilmiş qonaq evlərini rezervasiya edə bilərlər.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsi çərçivəsində əcnəbi və yerli mütəxəssislər tərəfindən 100-dən artıq fermerə aqroturizm modulu üzrə təlim keçirilib.
Tural Kərimov
Rövşən Əzimov
APA TV
DİGƏR XƏBƏRLƏR

Qubalıların ziyarət yeri olan bu məkanda 400-dən çox insan cəsədinin qalıqları var

Qubalıların ziyarət yeri olan bu məkanda 400-dən çox insan cəsədinin qalıqları var

“Nərmin işi”ndə ziddiyyətlər: Hadisə yerindən tapılmayan materiallar ekspertizaya necə gəlib çıxıb?
