Bu bölgəyə dənələrinin diametri 2 santimetr olan dolu düşdü - APA TV

# 12:58
8 avqust 2022

Gəncəyə dolu yağıb. APA TV- nin yerli bürosunun məlumatına görə, bu gün axşam saat 21 radələrində güclü yağışdan sonra şəhərə dolu düşüb. Təxminən 10-15 dəqiqə yağan dolu daha sonra leysan xarakterli yağışa çevrilib. Gecə saatlarında Goranboyda dənələrinin diametri 2 santimetr olan dolu düşüb. Leysan yağışdan sonra dolu əsasən rayonun mərkəzinə və rayonun bir neçə kəndlərinə yağıb. Təxminən 10 dəqiqə yağan dolu dənələrinin diametri 20-25 millimetr olub. Goranboyda həyətyanı sahələrə dolu bir qədər ziyan vurub. Qeyd edək ki, Göygöl rayonunda da dolu müşahidə olunub. Yağan güclü yağışdan sonra bəzi rayonlara sel gəlib. Hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR